Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2023 20:54
Hollivud ulduzu Kevin Kostnerin həyat yoldaşı Kristin Baumqartner aktyordan boşanmaq üçün məhkəməyə müraciət edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sənətçinin həyat yoldaşı boşanma ərizəsində "barışmaz fikir ayrılıqları"nın olmasını əsas gətirib.
Baumqartner, həmçinin məhkəmədən cütlüyün üç uşağına birgə qəyyumluq verilməsini xahiş edib və ABŞ-də nikah pozulduqdan sonra qanunla qadınlar üçün tələb olunan maddi dəstəyi istəmir.
Boşanmaya əslində nəyin səbəb olduğu hələ bildirilməyib. Kostner və Baumqartner 18 ildir evlidirlər. Bu, aktyorun ikinci evliliyidir - 1978-1994-cü illərdə o, Sintiya Silva ilə evli olub, ondan da üç övladı var. Kostnerin Bricit Runidən 1996-cı ildə dünyaya gələn qeyri-qanuni oğlu da var. Kostner Baumqartner ilə 2004-cü ildə evlənib - cütlük təxminən 19 il birlikdə yaşayıb.