Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2023 21:30
"Bu, İranda 5 bomba istehsalı üçün kifayətdir".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant Afinada yunan həmkarı Nikolas Panayiotopulos ilə görüşü zamanı deyib.
Nazir İranın beş nüvə bombası istehsal etmək üçün zənginləşdirilmiş uran ehtiyatına malik olduğunu bildirib:
"Hazırda İran uranı 20 və 60 faizədək zənginləşdirib, bu da ölkədə 5 bomba istehsalı üçün kifayətdir. Tehranın uranı zənginləşdirilməsi böyük səhv olacaq və regionda gərginliyi artıra bilər".