Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2023 14:26
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Qara ərazisində PKK terror təşkilatına qarşı antiterror əməliyyatı keçirib.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, antiterror əməliyyatı nəticəsində PKK-nın xüsusi təyinatlı terrorçusu Firaz Zilan kod adlı Neçirvan Seven zərərsizləşdirilib.
Terrorçu İraqın şimalında həyata keçirdiyi logistik fəaliyyətləri, təşkilat üçün əhəmiyyətli elektron hissələri çatdırdığı üçün MİT-in hədəf siyahısına daxil olub.
Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.