Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna İranın Rusiyaya verdiyi PUA-ları vurdu

Ukrayna İranın Rusiyaya verdiyi PUA-ları vurdu

Tarix: 5 May 2023 16:36

Son sutkada Rusiyanın İran istehsallı 18 PUA-sı vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumatında bildirilib.

Qeyd edilib ki, Rusiya ötən gecə 24 PUA ilə ölkə ərazisinə hücum edib və bununla yanaşı ümumilikdə, 65 raket atılıb: "Mülki şəxslər arasında ölən və yaralananlar var. Fərdi yaşayış binaları, təhsil müəssisələri, uşaq bağçaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib. Düşmən əsas səylərini Baxmut, Liman və Marinka şəhərlərinə yönəldib. Bu istiqamətlərdə qarşı tərəfin 60-a yaxın hücumu dəf edilib".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən ilin fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Ukrayna İranın Rusiyaya verdiyi PUA ları vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ