Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2023 12:04
Rusiya təcavüzünün artması ehtimalı tarixdən asılı deyil. Bu, müharibə davam etdiyi müddətdə ola bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, mayın 9-da gərginliyin olub-olmamasını təsdiq və ya inkar etmək mümkün deyil:
"Tarixindən asılı olmayaraq, müharibə davam etdikcə, kəskinləşmə ehtimalı həmişə olacaq. Rusların tarixləri və tarixi paralelləri sevməsi faktı məlumdur. Ancaq yetəri qədər tarixi və bayram günləri olub ki, onlar hücumu artırmayıb", - o bildirib.