Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 13:33
Bakı. Ləman Zeynalova - Trend:
Bakıda Qoşulmama Hərəkatının sammitində Venesuela Prezidenti Nikolas Maduronun iştirakı gözlənilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.
Onun sözlərinə görə, bu günədək 60-a yaxın ölkənin dövlət və hökumət başçıları sammitdə iştirakını təsdiq ediblər.
Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin