Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 14:06
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.
Dəyişiklik müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin