Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sanki parada deyil, yasa gedib - Moskvada Paşinyan yenə rəzil duruma düşdü - FOTO

Sanki parada deyil, yasa gedib - Moskvada Paşinyan yenə rəzil duruma düşdü - FOTO

Tarix: 10 May 2023 12:18

Ermənistanın baş naziri Nikol Paşinyan Moskva səfəri ilə diqqət mərkəzin düşüb. Moskvada keçirilən Qələbə paradında iştirak edən dövlət başçılarından və rəsmilərindən fərqli olaraq baş nazir pessimist əhval-ruhiyyəsi ilə seçilib. Sanki Qərbdəki sahiblərinə göstərmək istəyib ki, tədbirə könülsüz halda, məcburən qatılmalı olub.
Onun bu halı Rusiya mediasının diqqətindən qaçmayıb. Üzündəki qəm və qüssəni tam çılpaqlığı ilə əks etdiriblər. Qarşı tərəf də ona biganə olub. Sanki Paşinyan bu tədbirdə heç olmayıb. Fotolarda Rusiya prezidenti Vladimir Putin ancaq digər dövlət başçıları ilə görüşüb və söhbətləşib. Fotolar da bunu deyir.

Baş nazir fotolarda Moskvaya bayram tədbirinə qatılan şəxsdən çox, yas mərasiminə gələn şəxsi xatırladıb. Fotolarda sifətində qüssə, qəmginlik və pessimizm aydın hiss olunub. Bəlkə də, İkinci Dünya müharibəsində faşistlər tərəfində döyüşən babasının, soydaşlarının yasını saxlayıb.

Maraqlıdır ki, Moskvada hərbi parad faşizm üzərində qələbənin 78 illiyinə həsr olunub. Onun adını daşıdığı babasının nasistlərin sırasında döyüşməsi faktı Nikol Paşinyanın paradda iştirakını gülünc vəziyyətə salıb. 

Yeri gəlmişkən, ölkəsində artan anti-Rusiya hərəkat, Qərblə yaxınlaşmaq fonunda Paşinyanın Moskvaya getməsi Rusiyanın ekspert dairələrində də birmənalı qarşılanmayıb. Rusiyalı politoloq Arkadiy Dubnov Paşinyanın səfəri ilə bağlı maraqlı bir fikir səsləndirib. Onun sözlərinə görə, baş nazir bu səfərlə Moskvaya nələrisə sübut etmək istəyib. O xatırladıb ki, yaxın vaxtlarda Brüsseldə Paşinyanın Azərbaycan Prezidenti ilə görüşü keçiriləcək. Tərəflər ölkələr arasında sülh müqaviləsini müzakirə edəcəklər. Ekspert qeyd edib ki, Paşinyan Moskvanı əmin etmək istəyir ki, Qərbin vasitəçiliyi ilə Rusiyaya, onun vasitəçilik missiyasına ziyan vurmaq məsuliyyətini daşımır.

Anti-Azərbaycan mövqeyi ilə seçilən ermənipərəst rusiyalı deputat Konstantin Zatulin də Paşinyanı hədəfə alan fikirləri il yadda qalıb. "Paşinyan ölkəsində anti-Rusiya əhval-ruhiyyənin artması fonunda Moskvaya gəldi. Bu sadəcə Paşinyanın oyun elementidir. Rusiyaya səfər kimi bir jest sadəcə onun və hakimiyyətyönümlü deputatların Rusiyaya yönəlik bəyanatlarının kompensasiya edilməsi kimi qəbul edilməlidir", deyə Zatulin vurğulayıb. Beləliklə, baş nazir yenə atdığı addımları ilə rəzil duruma düşmüş oldu. Moskvada keçirilən mərasimə qatılmaqla ümid edirdi ki, Kreml onun anti-Rusiya çıxışlarıını, hücumlarını, Qərbpərəst siyasətini bağışlayacaq. Lakin qeyd olunanlar bir daha sübut edir ki, Paşinyanın ümidləri puç olub.

Azər Nuriyev


Etiketlər:  Sanki parada deyil yasa gedib Moskvada Paşinyan yenə rəzil duruma düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ