Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub - Ömer Çelik

Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub - Ömer Çelik

Tarix: 15 May 2023 23:42

Rəcəb Tayyib Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub.

Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"Seçim nəticələri açıqlanmadan digər nümayənlərin qalib prezident adlandırılması düzgün deyil" - deyə Çelik bildirib.

O qeyd edib ki, vətəndaşlar sandıq iradəsini güclü şəkildə qoruyaraq demokratiyanın qorunmasına böyük əhəmiyyət veriblər.

"Seçicilərin 90 faizinin seçkilərdə iştirakı Türkiyədə demokratiyanın nə qədər güclü olduğunu göstərir."- deyə Çelik açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Türkiyədə 28 may tarixində prezident seçkilərinin ikinci turu keçiriləcək.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

İlkin nəticələrə görə, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Açılan sandıq sayı isə 99,87 % təşkil edir.


Etiketlər:  Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub Ömer Çelik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ