Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özündən çox yaşlı kişini sevən məktəbli qız intihara cəhd etdi

Özündən çox yaşlı kişini sevən məktəbli qız intihara cəhd etdi

Tarix: 16 May 2023 10:34

Moskva vilayətinin şərqində 15 yaşlı məktəbli yetkin kişiyə qarşı qarşılıqsız hisslər keçirdiyi üçün intihara cəhd edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 9-cu sinif şagirdi rəfiqəsi ilə gəzib. O, ona özündən çox yaşlı, hislərinin qarşılığını verməyən kişini sevdiyini söyləyib.

Bir müddət sonra rəfiqələr yollarını ayırıblar. Lakin Moskva vilayətinin 15 yaşlı sakini həmin axşam doğmalarının yanına getməyib.

Polis əməkdaşları atasına zəng edərək qızının intihara cəhd etdiyini bildirib. O, xəstəxanaya aparılıb. Həkimlər orta məktəb şagirdinə kəllə və qabırğa sümüklərinin sınığı, daxili orqanlarının zədələnməsi diaqnozu qoyublar. Hazırda qızın vəziyyəti stabil ağır qiymətləndirilir.

Məktəbli qızın atası və nənəsi tərəfindən tərbiyə olunduğunu öyrənmək mümkün olub. Qızın anası 2022-ci ildə vəfat edib.

Milli.Az


Etiketlər:  Özündən çox yaşlı kişini sevən məktəbli qız intihara cəhd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ