Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rusiya ordusunun itkilərinin sayı 200 minə yaxınlaşıb" - Ukrayna SQ-nin Baş Qərargahı

Tarix: 16 May 2023 12:02

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 980 hərbçisi məhv edilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada Rusiyanın 520 hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, müharibə başlayandan Rusiya ordusunun döyüş itkiləri 3762 tank, 7 348 zirehli maşın, 2 732 operativ-taktiki PUA, 3150 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 316 hava hücumundan müdafiə sistemi, 973 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/kater, 6 048 avtomobil və tanker, 410 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Rusiya ordusunun itkilərinin sayı 200 minə yaxınlaşıb Ukrayna SQ nin Baş Qərargahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ