Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2023 09:42
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ikinci finalçının adına İngiltərədə aydınlıq gələcək.
Yarımfinalın ilk oyununda İspaniyada "Real"la (Madrid) 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə rəqibi öz meydanında qəbul edəcək. "Etihad" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may
23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.
Qeyd edək ki, bu cütün qalibi finalda İtaliya "İnter"inə rəqib olacaq.