Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın ticarət müşaviri vəzifəsindən azad olur

Trampın ticarət müşaviri vəzifəsindən azad olur

Tarix: 23 Oktyabr 2019 07:28

Bakı, Trend:

ABŞ prezidenti Donald Trampın ticarət müşaviri cümə günü istefa verəcək.

Trend-in məlumatına görə, Kelli Enn Şou Trampın Çinlə ticarət anlaşması danışıqlarında məsləhətçilərindən biri idi və o, zirvə görüşlərindən əvvəl xarici liderlərlə də danışıqlar aparırdı.

Reuters-in Ağ Evdəki mənbələrinə görə, Kelli Enn Şou özəl sektora keçmək üzrədir, lakin gələcək vəzifəsi barədə ətraflı məlumat verilmir. Tramp administrasiyasının nümayəndələri boş qalan vəzifəni kimin tutacağını deməyiblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Trampın ticarət müşaviri vəzifəsindən azad olur


RƏYLƏR