Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stadionda izdiham - 9 nəfər öldü

Stadionda izdiham - 9 nəfər öldü

Tarix: 21 May 2023 09:12

Salvadorda "Alyans" və "FAS" komandaları arasında keçirilən oyun zamanı "Kuskatlan" stadionunda yaranan izdihamda azı 9 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" milli polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşılaşma zamanı təşviş içində olan futbol azarkeşləri qapılardan birini sındıraraq izdiham yaradıblar.

Yaranan izdihamda 9 nəfər ölüb, onlarla insan yaralanıb. Xəstəxanaya çatdırılan iki nəfərin vəziyyəti ağırdır.

Milli.Az


Etiketlər:  Stadionda izdiham 9 nəfər öldü


RƏYLƏR