Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ermənistanda kiçik nüvə reaktorlarının yaradılması imkanlarını araşdırır

ABŞ Ermənistanda kiçik nüvə reaktorlarının yaradılması imkanlarını araşdırır

Tarix: 24 May 2023 08:46

ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə reaktorları tikməyi düşünür, onların Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışır.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi söyləyib.

"Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk", - o, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində deyib.

Dövlət Departamentinin strukturunda çalışan Lonqi təfərrüatları açıqlamayıb.


Etiketlər:  ABŞ Ermənistanda kiçik nüvə reaktorlarının yaradılması imkanlarını araşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ