Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eşqin Aysunu dünən döydüyünə görə həbs edilib - YENİLƏNİB - FOTO

Eşqin Aysunu dünən döydüyünə görə həbs edilib - YENİLƏNİB - FOTO

Tarix: 25 May 2023 11:35

11:32

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb.

--------
10:55

Müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib.

Milli.Az xəbər verir ki, E.Cəlilov Rəqsanənin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.

E.Cəlilovun həbs olunması haqda xəbəri ilk olaraq Olay.az saytı yayıb.

Milli.Az


Etiketlər:  Eşqin Aysunu dünən döydüyünə görə həbs edilib YENİLƏNİB FOTO


RƏYLƏR