Tarix: 23 Oktyabr 2019 12:32
İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, A Seriya təmsilçisi Tiaqo Mottaya tapşırılıb.
İtaliya millisinin sabiq üzvü bu vəzifədə ötən gün istefa verən Andrea Andreazolini əvəz edib.
Qeyd edək ki, ötən il məşqçiliyə başlayan 37 yaşlı keçmiş yarımmüdafiəçi bundan əvvəl PSJ-nin U-19 komandasını çalışdırıb. O, futbolçu karyerası ərzində "Barselona", "Atletiko", "İnter", "Cenoa" və PSJ-də çıxış edib.