Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2023 15:36
Sabahdan etibarən qurulacaq hökumətin Türkiyənin gələcəyi üçün xeyirli olacağına inanırıq.
Sonxeber.net-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Yenidən Rəfah Partiyasının sədri Fatih Erbakan ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda səs verərkən deyib.
"Xaricdə səsverənlərin sayında artım müşahidə olunub. Türkiyədə də seçicilərin sayında artım gözləyirik", - deyə Erbakan bildirib.
Xatırladaq ki, may ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərin ikinci turunda may ayının 20-22-dək səs vermədə iştirak ediblər.
Xarici ölkələrdə keçirilən seçkilərin ikinci turunda səsvermədə iştirak edən vətəndaşların sayı 1 milyon 895 min 430 nəfər təşkil edib.
Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.
Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.
Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.
Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.
Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.
Səsvermə 73 ölkədə və 151 diplomatik səsvermə dairəsində keçirilib.