Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mən pis iş görməmişəm” - Asya həbsindən danışdı

“Mən pis iş görməmişəm” -  Asya həbsindən danışdı

Tarix: 30 May 2023 14:00

Bir neçə gün öncə Türkiyədə saxlanılan azərbaycanlı reper Asya Əlizadə (Alizaude) başına gələnlər barədə açıqlama verib.

Milli.Az olay-a istinadən yazır ki, sənətçi bu barədə instaqramda yazıb:

"Tantunilərim, öncəliklə sizi çox sevdiyimi bilmənizi istəyirəm. Nə olsa da, həmişə sizinlə olacağam. 25 mayda çox sevimli və şirin polislər məni evimdə nəzarətə götürdülər. Haqqımda hüquqi proses başladıldı. Öncə prokurorluqda ifadə verdim. Hakim günahsız olduğumu anlayıb, azadlığa buraxdı. Sonra isə polis şöbəsində 2 gün keçirdim. Silivriyə apardılar. Orada günahsız yerə 3 gün saxlanıldım. Orada qadınları uşaqları ilə iyrənc vəziyyətdə saxlayırlar. Hamı da onlar haqda xəbərsizdir. Jurnalistlər, mənim mahnı sözlərimlə bağlı xəbərlər yazmaq, Rusiyadakı anama, atama yanlış xəbərlər ötürmək əvəzinə Silivridəki vəziyyətdən yazsanız, əla olar. Türkiyədən heç yerə getməyəcəyəm. Mən pis bir iş görməmişəm. Haqqımda çıxan xəbərlərə inanmayın".

Qeyd edək ki, Asyanın mahnılarında və kliplərində narkotik təbliğatı apardığı üçün saxlanıldığı bildirilmişdi.

Milli.Az


Etiketlər:  Mən görməmişəm Asya həbsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ