Tarix: 23 Oktyabr 2019 16:24
Uels millisinin baş məşçisi Rayan Giqqs “Mançester Yunayted”də komanda yoldaşı olmuş Kriştiano Ronaldo haqda danışıb.
Qol.az-ın “Beinsport”a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis portuqaliyalı hücumçunun “qırmızı şeytanlar”da heç də yaxşı başlanğıc etmədiyini deyib:
“O vaxt Ronaldonun ən yaxşı hücumçulardan biri olacağını düşünə bilməzdiniz. “Bolton”la görüşdə azarkeşləri sevinidirmişdi. Amma sonradan ümidləri qırırdı. Nə vaxt ötürmə verib, verməyəcəyini dəqiqləşdirə bilmirdi. “Mançester Yunayted” də çətin başlamışdı”.
Qeyd edək ki, Rayan Giqqs 1990-2014-cü illər, Kriştiano Ronaldo isə 2003-2009-cu illər ərzində İngiltərə təmsilçisinin formasını geyiniblər.