Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Biz 2027-ci ilədək Avropa bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırırıq

Prezident: Biz 2027-ci ilədək Avropa bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırırıq

Tarix: 31 May 2023 15:21

Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

"Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng "Şahdəniz" yatağımızdır, digər yataq "Abşeron"dur", - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, olduqca qısa bir zamanda "Abşeron"dan çox yaxşı xəbərlər alınacaq: "Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik".

Milli.Az


Etiketlər:  Prezident Biz 2027 ci ilədək Avropa bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırırıq


RƏYLƏR