Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2023 10:58
Tərtərdə arvadını və evində usta işdəyən şəxsi qətlə yetirməkdə təqsirləndirilən Asəf Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Abdulla Məmmədovun icraatına verilib.
Məhkəmənin hazılıq iclası iyunun 13-ə təyin edilib.
Qeyd edək ki, bu il fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.
Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisənin qısqanclıq zəminində törədilməsi bildirilir.