Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniya müdafiə naziri Rusiya silahlarını alanları onu geri qaytarmağı tövsiyə edib

Britaniya müdafiə naziri Rusiya silahlarını alanları onu geri qaytarmağı tövsiyə edib

Tarix: 3 Iyun 2023 13:18

Britaniya Müdafiə Nazirliyinin rəhbəri Rusiya silahlarını idxal edənlərə onu geri qaytarmağı tövsiyə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nazir Ben Uolles Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik konfransında bildirib.

Onun sözlərinə görə. Rusiyada istehsal olunan silahlar keyfiyyət standartlarına cavab vermir.

Bunun üçün də idxalçı ölkələrə onları geri qaytarmağı tövsiyə edib.

"İştirak edənlər arasında Rusiya silahlarına külli miqdarda pul xərcləyənlər varsa, mən sizin yerinizdə olsaydım, onu satıcıya qaytarardım. Ukraynada gördüklərimi nəzərə alaraq, sizdən xahiş edərdim ki, pulunuzu xərcləməyəsiniz", - deyə nazir qeyd edib.

Uolles NATO ölkələrinin istifadə etdiyi silahların dünyanın ən yaxşılarından biri olduğuna əmin olduğunu bildirdi.

Milli.Az


Etiketlər:  Britaniya müdafiə naziri Rusiya silahlarını alanları onu geri qaytarmağı tövsiyə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ