Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Meta” şirkətindən işçilərlə bağlı yenilik: Həftədə neçə dəfə ofisə gəlməlidirlər?

“Meta” şirkətindən işçilərlə bağlı yenilik: Həftədə neçə dəfə ofisə gəlməlidirlər?

Tarix: 3 Iyun 2023 14:58

"Meta" korporasiyası sentyabr ayından etibarən işçilərdən həftədə üç gün ofisə gəlməyi, qalan vaxtlarda isə evdən işləməyi xahiş edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Meta" rəhbərliyinin yeni təşəbbüsü şirkətin səmərəliliyinin artırılması planının bir hissəsi olacaq.

"Biz işin bölüşdürülməsi tərəfdarıyıq və inanırıq ki, işçilər istər ofisdən, istərsə də məsafədən çalışmaqla bu işə əhəmiyyətli dərəcədə öz töhfələrini verə bilərlər", - deyə korporasiya nümayəndələrindən biri qeyd edib.

Qeyd edək ki, şirkət rəhbərliyi uzun müddətdir belə bir yenilik üzərində düşünür. Mart ayında Amerika şirkətinin rəhbəri Mark Zukerberq "Meta" daxilində aparılan araşdırmalardan danışaraq deyib ki, mühəndislər karyeralarının əvvəlində həmkarları ilə həftədə ən azı 3 dəfə üz-üzə işlədikdə orta hesabla daha yaxşı performans göstərirlər.

Milli.Az


Etiketlər:  Meta şirkətindən işçilərlə bağlı yenilik Həftədə neçə dəfə ofisə gəlməlidirlər


RƏYLƏR