Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ” tarixində ikinci dəfə ölkə kubokuna sahib çıxdı

“Qəbələ” tarixində ikinci dəfə ölkə kubokuna sahib çıxdı

Tarix: 3 Iyun 2023 22:40

Bu gün Azərbaycanda 2022-23 mövsümünə rəsmən yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan Kubokunun final oyunu keçirilib.

Həlledici qarşılaşmada "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəlib. Sayca 31-ci ölkə kubokunda bakılılar 11-ci, bölgə təmsilçisi isə 5-ci dəfə final həyəcanı yaşayıblar.
 
"Ağ-qaralar" tarixində 6-cı, "qırmızı-qaralar" isə 2-ci dəfə kuboka yiyələnməyə çalışıblar.
 
Bu, həm də "Neftçi" ilə "Qəbələ"nin 9 ildən sonra ölkə kubokunun finalında ikinci dueli olub. 2013-14 mövsümündəki həlledici qarşılaşmada bakılılar oyunsonrası penaltilərlə rəqibini üstələyib. 
 
Azərbaycan Kuboku
Final
3 iyun
 
"Neftçi" - "Qəbələ"- 0:1
İsnik Alimi, 102
Bakı, Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
 
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
 
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 72, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Milli.Az


Etiketlər:  Qəbələ tarixində ikinci dəfə ölkə kubokuna sahib çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ