Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var

Tarix: 4 Iyun 2023 11:00

Türkiyədə Mersin bölgəsinin Anamur rayonunda yağıntı və duman səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN Türk məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb.

Qəza səhər saatlarında Anamur-Gazipaşa avtomobil yolunun Uçarı-Kaledran məntəqəsində baş verib. Antalya istiqamətində hərəkət edən Kamil Qoç firmasına məxsus 16 ASR 690 nömrəli sərnişin avtobusu yağıntı və duman səbəbindən idarəetmədən çıxaraq dağ yamacına açıb. Bölgəyə çox sayda sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib. Çoxlu yaralıların olduğu bildirilir. Yaralılar avtomobildən çıxarılaraq xəstəxanalara aparılıb.

Milli.Az


Etiketlər:  Türkiyədə sərnişin avtobusu aşıb çox sayda yaralı var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ