Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanın oğluna "Atana salam verərsən" deyib şillə vurdular

Paşinyanın oğluna

Tarix: 7 Iyun 2023 07:28

Bir az əvvəl "Andranik" metrostansiyasında bir nəfər Aşot Paşinyana (Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu - red.) şillə vurub. Növbəti stansiyada polis vətəndaşı naməlum istiqamətə aparıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Qagik Asatryan Feysbuk səhifəsində yazıb.

"Şahidlərin bildirdiyinə görə, vətəndaş Aşota "Atana salam verərsən" deyib, daha sonra ona şillə vurub. Aşotik iki qızla birlikdə olub", - o yazıb.

Hüquq müdafiəçisi Ruben Melikyan isə yazıb ki, məlumat təsdiqlənsə, vətəndaşı tək buraxmaq olmaz:

"Ola bilər ki, onu Erebuni şöbəsinə aparılıblar".

Qeyd edək ki, bir müddət əvvəl müharibədə ölən əsgər anası Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinərək saxlanılmışdı. Hazırda istintaq gedir.

Milli.Az


Etiketlər:  Paşinyanın oğluna Atana salam verərsən deyib şillə vurdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ