Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makrona məxsus restoranın yaxınlığında gərginlik

Makrona məxsus restoranın yaxınlığında gərginlik

Tarix: 7 Iyun 2023 08:00

Fransada pensiya islahatına qarşı ümummilli etiraz nümayişi keçirilir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Parisdə Montparnasse prospektindəki "La Rotonde" restoranı yaxınlığında pensiya islahatı əleyhinə etirazçılar və polis arasında qarşıdurma olub.

Qeyd edək ki, Prezident Emmanuel Makron 2017-ci ildə ilk dəfə prezident seçildikdən sonra qələbəsini məhz "La Rotonde" restoranında qeyd etmişdi. Belə bir fikir dolaşır ki, bu restoran elə E.Makrona məxsusdur. Buna görə də nümayişçilər restoranın vitrinini sındırmağa cəhd ediblər. Polis restoranın ətrafını mühasirəyə alaraq qoruyub. Nümayişçiləri dağıtmaq üçün su şırnağından da istifadə edilib.

Polis Parisdə səhər saatlarında 2700 yoxlama apardığını və 14 nəfərin dindirildiyini bildirib. Həmçinin, polis müvəqqəti saxlanılanların da olduğunu söyləyib.


Etiketlər:  Makrona məxsus restoranın yaxınlığında gərginlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ