Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2023 15:38
Dünyada yalnız 20 nəfərə verilən təqaüdün qaliblərindən biri də Azərbaycan məktəblisidir.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri 24 nömrəli məktəbin 9 "D" sinif şagirdi Cavadzadə Şəhanə Avropa İttifaqının (AI) və Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə yaradılan "Eastern Partnership European School in Georgia" beynəlxalq məktəbinə tam təqaüdlə qəbul alıb. O, növbəti iki ilini "The International Baccalaureate (IB) Diploma Programme (DP)" proqramı ilə davam etdirəcək.