Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Həmin meyxanaçılardan iyrənirəm"

Tarix: 9 Iyun 2023 05:05

"Bəzilərinə meyxana əmanət etdiyim üçün təəssüflənirəm. Baxırsan qəşəng meyxana deyir, amma nə qədər yalan olar? Yalandan öpüşmək, qucaqlaşmaq... Nifrət edirəm onlara. Həmin adamlarla görüşmərəm. Telefona cavab vermirlər. 4 il əvvəl işlətdiyi nömrəni verir. Mənə lazım deyil, ulduzsan özün üçün".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Şans var" verilişində deyib. İfaçı meyxanaçılardan gileylənib. O bildirib ki, bir çoxu tamaşaçıya hörmətsizlik edir:

"Dostlarım xahiş edir ki, filankəslə maraqlan filan tarixdə boşdursa, toyumuza gəlsin. Zəng vururam cavab vermirlər. Dostum deyir ki, pul, şöhrət elə başağrı verir ki, hər oğlan dözə bilmir. Bir neçəsinin adını belə telefondan silmişəm. Tək meyxanada yox, müğənnilər arasında da var beləsi. Elə aparıcılar, müğənnilər, musiqiçilərin üzlərini görmüşəm ki, Allaha and olsun iyrənirəm. Amma məndən artıq şöhrətləri var. Ağasəlimdən, Nizami Rəmzidən artıq olmayacaqsınız".

Milli.Az


Etiketlər:  Həmin meyxanaçılardan iyrənirəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ