Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi: Ermənistan tərəfin yaydığı xəbər yalandır

Müdafiə Nazirliyi: Ermənistan tərəfin yaydığı xəbər yalandır

Tarix: 10 Iyun 2023 00:27

İyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Mili.Az-a Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə Nazirliyin məlumatında bildirilir.

Milli.Az


Etiketlər:  Müdafiə Nazirliyi Ermənistan tərəfin yaydığı xəbər yalandır


RƏYLƏR