Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin ABŞ-ı izləmək üçün Kubadakı bazasından istifadə edir

Çin ABŞ-ı izləmək üçün Kubadakı bazasından istifadə edir

Tarix: 10 Iyun 2023 21:26

Çin tərəfi ABŞ haqqında kəşfiyyat məlumatları toplamaq üçün Kubadakı bazasından istifadə edir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, belə bir iddia ilə "Politico" qəzeti çıxış edib.

Qəzet ABŞ rəsmisinə istinadən iddia edir ki, Çin Kubadakı bazadan ABŞ-ı izləyir.

Amerika rəsmisi bildirib ki, Vaşinqton bu vəziyyətdən narahatdır və buna qarşı tədbirlər görür: "Bu, bizim administrasiyaya miras qalmış problemdir".

Onun sözlərinə görə, Çin hələ ABŞ-ın hazırkı prezidenti Cozef Bayden hakimiyyətə gəlməmişdən əvvəl bu bazadan məlumat toplamaq üçün istifadə etməyə başlayıb.

"Hazırkı administrasiya 2021-ci ilin yanvarında fəaliyyətə başlayanda, biz Çin tərəfindən xaricdəki logistikanı genişləndirmək, hərbi gücü daha böyük məsafədə layihələndirmək, bazalardan kəşfiyyat məlumat toplama infrastrukturundan istifadə etmək üçün bir sıra gizli addımlar barədə məlumat aldıq.

Bura Çin kəşfiyyatının Kubada olması da daxildir. Əslində, Çin 2019-cu ildə Kubadakı kəşfiyyat məlumatlarının toplanması obyektlərini təkmilləşdirib. Bu, kəşfiyyat hesabatlarında tam şəkildə sənədləşdirilib".

Amerika rəsmisi bildirib ki, Bayden əvvəllər administrasiya rəsmilərinə məsələni Çin hakimiyyəti ilə müzakirə etməyi tapşırıb:

"Biz bunu bir neçə aydır etdik. Bu, müəyyən nəticələrə gətirib çıxardı. Mütəxəssislərimizin fikrincə, diplomatiya sahəsində səylərimiz ÇXR-i ləngidib".


Etiketlər:  Çin ABŞ izləmək üçün Kubadakı bazasından istifadə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ