Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərsu'' ''skoç''la boru bərpa edir? - RƏSMİ açıqlama (VİDEO)

''Azərsu'' ''skoç''la boru bərpa edir? - RƏSMİ açıqlama (VİDEO)

Tarix: 24 Oktyabr 2019 11:30

Bakı. Ceyhun Ələkbərov - Trend:

Su borusunun "skoç"la bərpa olunması məsələsinə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəsmi cavab verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, həmin boru azbes borudur və onunla içməli su yox, tullantı suyu axıdılır:

"Həmin görüntülər Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi 25 ünvanında çəkilib. Onun su borusu olduğu deyilsə də, bu, belə deyil, həmin boru azbes borudur və onunla tullantı suyu axıdılır. Kadrdan da gördüyünüz kimi, ərazidə yeni kanalizasiya xətləri çəkilir. Tikinti zamanı zədələnmiş azbes borunun bərpası üçün ilkin olaraq oradan axan tullantı suyun qarşısını almaq tələb olunur ki, xəndəyə su yığılmasın və yeni xəttin çəkilişinə maneə törətməsin. Məhz buna görə skoçla axıntının qarşısı alınır".

A.Cəbrayıllı qeyd edib ki, yeni xətt çəkildikdən sonra onun üzəri əks dolğu materialları ilə örtüldükdən sonra həmin zədələnmiş hissə betonla bərkidiləcək:

"Ən sonda yeni kanalizasiya sistemi istismara veriləndən sonra həmin azbes borularla axıdılan tullantı suları yeni şəbəkəyə yönəldiləcək və borular istismardan çıxarılacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərsu skoçla boru bərpa edir RƏSMİ açıqlama VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ