Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Küçə qadınlarına bahalı hədiyyələr verənləri araşdırsınlar'' - VİDEO

''Küçə qadınlarına bahalı hədiyyələr verənləri araşdırsınlar'' - VİDEO

Tarix: 12 Iyun 2023 13:20

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın şagirdlərinə qızıl aldırması ötən gündən müzakirələrə səbəb olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, şair Nazilə Səfərli müəllimlə bağlı paylaşıma reaksiya verib. O, Y.Ağamalıyevaya haqq qazandırıb:

"Yazıq müəllimlər... Küçə qadınlarına ən bahalı hədiyyələr verənləri araşdırsınlar. Bu müəllimin özəl günününə alınıb. Nə alsın, qaloş?! Müəllimə yaxşı şeylər niyə qadağandır? Qızılın qabından da çox bahalı olmadığı görünür. Lap 1000 manat düşünək, çoxdur ki? Ömrü gedib yazıq müəllimin".

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı Xırdalan tam orta məktəbin 4-cü sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlərə özünə qızıl aldırması ilə bağlı iddialar yayılıb.


Etiketlər:  Küçə qadınlarına bahalı hədiyyələr verənləri araşdırsınlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ