Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2023 10:15
Bədəndə yığılan çirk, hətta çimərkən belə ciddi xəstəliklərə səbəb olur.
Elmi araşdırmalar nəticəsində insan bədəninin ən kirli yerinin göbək olduğu məlum olub. Belə ki, bütün kirlərin yığıldığı bu nöqtə duş qəbul edəndən sonra da təmizlənmir.
Onun təmizlənməsi üçün xüsusi baxıma ehtiyac var.
Sonxeber.net Bakupost.az-a istinadən göbək deşiyinin təmizlənməsi üsullarını təqdim edir.
Göbək bədəndə bütün bakteriyaların toplanması üçün uyğun bir bölgədir. Bunun səbəb ola biləcəyi fəsadların aradan qaldırılması üçün bir sıra vasitələr laızmdır.
Duş qəbul edərkən bir stəkan suya bir xörək qaşığı duz töküb qarışdırın. Sonra bu suyu göbəyinizə vurun. Həmin hissəni pambıq çubuqla təmizləyin.
Pambıq çubuqdan ehtiyatla, yumşaq şəkildə istifadə etmək tövsiyə olunur.