Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qiymət artsa, taksi fəaliyyəti çökəcək - Ekspert

Qiymət artsa, taksi fəaliyyəti çökəcək - Ekspert

Tarix: 13 Iyun 2023 11:42

Rəsmi olaraq 67 min taksinin fəaliyyət göstərdiyi deyilsə də, realda bu rəqəm daha çoxdur. Bu gün taksilərə olan maraq qiymətlərin münasib olması ilə əlaqədardır. Bunun digər səbəbi isə avtobuslardakı xidmətin insanları qane etməməsidir.

Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat eksperti Aslan Əsədov taksi fəaliyyəti ilə bağlı son günlər aparılan müzakirələr haqda danışarkən deyib.

Ekspert rəqəmsal inkişaf və nəqliyyat nazirinin taksi qiymətlərinin bahalaşması barədə açıqlamasına da münasibət bildirib:

"Qeyd olunur ki, taksilər gəlirlərindən məhrum olmayacaq. Amma qiymət artımı taksilərdən istifadəni azaldacaq. Əgər vətəndaşlar taksilərdən istifadə etməyəcəksə, onlar da London taksilərinin vəziyyətinə düşəcək. Ona görə də birmənalı demək olar ki, qiymət artımları səmərəliliyi və gəlirliyi azaldacaq".


Etiketlər:  Qiymət artsa taksi fəaliyyəti çökəcək Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ