Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Kərki uğrunda “savaşa” çıxır

Ermənilər Kərki uğrunda “savaşa” çıxır

Tarix: 13 Iyun 2023 19:12

10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış bəyanatın ikinci variantının olması məsələsi yenidən gündəmə gəlib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Nəşr keçmiş prezident Serj Sərkisyanın kürəkəni, İtaliyadakı sabiq səfir Minasyanın 10 noyabr bəyanatının "ikinci variantı"nda anklavların qaytarılması ilə bağlı bəndin olması barədə yaydığı sənədi xatırladıb.

Qeyd edək ki, həmin vaxt Minasyan Qazaxın 7 kəndi və Kərki kəndinin qaytarılması məsələsinin həll edildiyini, Ermənistan ordusu zabitlərinin buna etirazından sonra onun bəyanatdan çıxarıldığını və delimitasiya prosesinə saxlanıldığını bildirmişdi.

Nəşr hazırda Paşinyanın anklavları qaytarmağa hazır olmasını bildirməsini də bu faktla əlaqələndirib.

Buna baxmayaraq, Ermənistanın hakimiyyət dairələri, xüsusilə Kərki kənd icması və ərazisinin qubernatorluğu kəndi qaytarmamaqda israr edir. Buna səbəb isə Kərki kəndinin olduqca strateji mövqedə yerləşməsidir:

"Kərkinin verilməsindən sonra bu vilayətlər (Cermuk-Sünik) bir-birindən ayrılacaq, əlaqələr kəsiləcək. Həm də Kərkidən keçən yolun alternativi yoxdur".

Qeyd edək ki, həm Kərki, həm də Qazaxın 7 kəndi - xüsusilə Aşağı və Yuxarı Əskipara olduqca strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, bir müddət öncə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın 86.6 min kv.km ərazisinə anklavların (Qazaxın 7 kəndi və Kərki) da daxil olduğunu bildirmişdi.


Etiketlər:  Ermənilər Kərki uğrunda savaşa çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ