Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İçimdəki o balaca səni yaşadıram" - VIDEO

Tarix: 15 Iyun 2023 17:10

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva doğum günü münasibətilə paylaşım edib.

Milli.Az olay-a istinadən yazır ki, son zamanlarda sosial mediaya yenidən dönüş edən Nərgiz Mirbabayeva dəniz kənarında çəkdirdiyi videosuna bu sözləri yazıb:

"Həyat gözəldir, həyat yaşamağı bacardığımız zaman daha da gözəldir. Hər kəs layiq olduğunu yaşayır. Ən yaxşısına layiq olmağa çalışır. Özünüzün ən yaxşı versiyası olmaq üçün çabalayın, hər zaman qəlbinizi və ruhunuzu təmiz saxlayın. Mən bizə verdiyi sözü tutmuşam, görmək istədiyim kimiyəm və içimdəki o balaca səni yaşadıram və sonsuza qədər yaşadacam. Hər il doğum günümdə balaca Nərgiz ilə söhbət edirik, o hər zaman mənimlədir. Xoş gəldin yeni yaş!".

Milli.Az


Etiketlər:  İçimdəki o balaca səni yaşadıram VIDEO


RƏYLƏR