Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniya Millətlər Liqasının qalibi olub

İspaniya Millətlər Liqasının qalibi olub

Tarix: 19 Iyun 2023 07:22

Futbol üzrə İspaniya milli komandası Millətlər Liqasının finalında Xorvatiyaya penaltilər seriyasında qalib gəlib.

Milli.Az "report"a istinadən bildirir ki, görüş Rotterdamda baş tutub.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında ispanlar 5:4 hesabı ilə üstünlük qazanıb.

İspaniya millisi ilk dəfə turnirin qalibi olub. Daha əvvəl Millətlər Liqasının qalibi Portuqaliya (2019) və Fransa (2021) olmuşdu.

Növbəti Millətlər Liqasının 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər keçirilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  İspaniya Millətlər Liqasının qalibi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ