Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik" - Müdafiə Nazirliyi

Tarix: 19 Iyun 2023 10:12

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanır.

Milli.Az


Etiketlər:  Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik Müdafiə Nazirliyi


RƏYLƏR