Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayram günləri hotellərdə qiymətlər od tutub yanır - Gecəsi 700 manat

Bayram günləri hotellərdə qiymətlər od tutub yanır - Gecəsi 700 manat

Tarix: 20 Iyun 2023 20:02

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iyunun son həftəsində iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

1 həftə istirahət günündə kimi istirahət üçün bölgələrə, kimi isə xaricə üz tutmağı planlaşdırır. Son günlər isə sosial şəbəkədə Azərbaycandakı hotellərin qiymətləri müzakirələrə səbəb olub. Belə ki, insanlar hotellərdəki qiymət bahalığından gileyləniblər. 

Milli.Az axşam.az-a istinadən bayram günlərində bölgələrdə olan hotellərdəki od tutub yanan qiymətləri təqdim edir:

"Quba palace" hotelində 1 gün 365 manatdır. Bu qiymət 2 nəfər üçündür. Qiymətə səhər və axşam yeməyi daxildir. Burada 1 həftə qalmaq iki nəfərə 2555 manata başa gələcək. 

"Quba Macara Lake Park" - Səhər yeməyi ilə birlikdə 190 manatdır. Əgər gündə üç dəfə qidalanmaq istəyirsinizsə 270 manat ödəməlisiniz. Beləcə 1 nəfərin 1 həftəlik istirahəti 1330 manatdır.

"Quba Cənnət Bağı Hotel" - Gündə 3 dəfə qidalanma ilə birlikdə 85 manatdır. Bir həftə qalmaq isə 595 manatdır. 

Şəkidə yerləşən "Marxal Resort & SPA"da bir gün qalmaq 220 manatdan başlayır. Qiymətə ancaq səhər yeməyi daxildir. Bir həftə burada istirahət etmək istəyənlər 1540 manat ödəməlidir.  

"Shamakhi Palace Sharadil" - 1 gecəsi 320 manatdır. Bura gündə 2 dəfə yemək daxildir. Əgər 3 dəfə yemək istəyirsinizsə 370 manat ödəməlisiniz. Beləcə, 1 həftə istirahətiniz üçün 2240 manat ödəməlisiniz.  

"Qafqaz Tufandağ Hotel" - Hoteldə suit otaq 648 manatdır. Burada 2 nəfər qala bilər, əgər 4 nəfər qalarsa, qiymət 700 manat olacaq. Qiymətə ancaq səhər yeməyi daxildir. Standart otaq isə bir nəfər üçün 372 manatdır. Hoteldə yerlərin çoxunun dolduğunu bildirilib. Əgər iki nəfər suit otaqda 1 həftə qalarsa 4536 manat ödəməli və yalnız səhər yeməyindən istifadə etməlidir. 

"Lankaran Springs Resort"da bayram günləri 1 gecənin qiyməti 360 manatdır. Qiymət iki nəfər üçündür və 2 dəfə qidalanma daxildir. Beləcə, 1 həftəlik istirahət sizə 2520 manata başa gələcək.

Milli.Az


Etiketlər:  Bayram günləri hotellərdə qiymətlər od tutub yanır Gecəsi 700 manat


RƏYLƏR