Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" Sergen Yalçınla razılığa gəldi?

Tarix: 20 Iyun 2023 21:44

"Neftçi" baş məşqçi vəzifəsi üçün Bakıya dəvət etdiyi Sergen Yalçınla danışıqları davam etdirir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi tviter hesabında paylaşım edib.

O bildirib ki, tərəflər müqavilə şərtlərində razılığa gəlmək üzrədir.

Bu məlumatı digər idman müxbiri Levent Ümit Erol da təsdiqləyib. Jurnalistin sözlərinə görə, ortada kiçik fikir ayrılıqları var.

Qeyd edək ki, "Neftçi"nin Sergen Yalçınla 1+1 illik müqavilə imzalayacağı gözlənilir. Təyinat baş tutsa, 51 yaşlı mütəxəssis "ağ-qaralar"ın sükanı arxasında Laurentsiu Regekampfı əvəzləyəcək.

Milli.Az


Etiketlər:  Neftçi Sergen Yalçınla razılığa gəldi


RƏYLƏR