Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Futbol Federasiyası cərimələndi

Fransa Futbol Federasiyası cərimələndi

Tarix: 24 Oktyabr 2019 16:40

UEFA Fransa Futbol Federasiyasını 20 min avro məbləğində cərimələyib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, buna yığmanın Avro-2020-nin seçmə mərhələsində Albaniyanı qəbul etdiyi matçdan (4:1) əvvəl yanlış himn səsləndirməsi səbəb olub.

Qeyd edək ki, sözügedən görüşdən öncə stadionda Albaniya himni əvəzinə əvvəlcə Andorra, ardınca isə Monteneqro himni səsləndirilib. Bu azmış kimi, stadionun diktoru Mett Spiro bu yanlışlığa görə Ermənistandan üzr istədiklərini bildirib. Qonaq komandanın üzvləri doğma himnləri çalınana qədər oyuna başlamağı rədd ediblər. Daha sonra Albaniyanın himninin səslənməsindən sonra oyun təxminən 5 dəqiqəlik gecikmə ilə başlayıb.

 


Etiketlər:  Fransa Futbol Federasiyası cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ