Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maşın sürməyi qadağan edilsə də, piyadanı “Prius”la vurub öldürübmüş...

Maşın sürməyi qadağan edilsə də, piyadanı “Prius”la vurub öldürübmüş...

Tarix: 21 Iyun 2023 11:16

Sabunçu rayonunda sürücülük hüququ olmadan idarə etdiyi "Toyota Prius" markalı avtomobillə ağır qəza törətmiş şəxs həbs edilib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yardımlı rayon sakini, 28 yaşlı Elmin Mehtizadə barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilinib. Ona 6 il müddətinə həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilib.

Bildirilib ki, hadisə ötən ilin 29 iyulunda Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. E.Mehtizadə "Prius" markalı avtomobillə piyada olan 24 yaşlı Xaliq Fehruzlunu vurub. Nəticədə sonuncu dünyasını dəyişib.

Məlum olub ki, E.Mehdizadə daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub. Məhkəmənin hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb. Həmçinin E.Mehdizadənin sürücülük hüququ da 10 ay müddətinə məhdudlaşdırılıb. Buna baxmayaraq o, icarəyə götürdüyü "Toyota Prius" markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyətinə davam edib.

İbtidai istintaq və məhkəmə prosesi dövründə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş şəxsdən mərhum piyadanın ailəsi şikayətçi olub. Onlar E.Mehdizadənin cəzalandırılmasını xahiş edib.


Etiketlər:  Maşın sürməyi qadağan edilsə piyadanı Priusla vurub öldürübmüş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ