Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu son sutkada Rusiyanın 30 "Shahed" PUA-nı məhv edib

Ukrayna ordusu son sutkada Rusiyanın 30

Tarix: 21 Iyun 2023 23:48

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın İran istehsalı olan 30 "Shahed" pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.

Rusiya ordusu gecə boyu ümumilikdə 33 PUA ilə Ukrayna ərazisinə hücum edib.

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 1 "İsgəndər-M" qanadlı raketini vurub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu son sutkada Rusiyanın 30 Shahed PUA məhv edib


RƏYLƏR