Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kirayə mənzillər bu səbəbdən BAHALAŞIR... - VİDEO

Kirayə mənzillər bu səbəbdən BAHALAŞIR... - VİDEO

Tarix: 22 Iyun 2023 13:36

Bakıda ildən-ilə kirayə mənzillərin qiymətində kəskin bahalaşma müşahidə edilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxt ərazisindəki kirayə mənzillərin qiymətindən gedir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, Bakıda kirayə mənzillərin qiyməti ildən-ilə artır. Səbəb istisimar müddəti başa çatan binaların sökülməsidir.

Tələb çox olduğundan mənzil sahibləri evlərin aylıq kirayə qiymətini qaldırırlar.

Ekspert hesab edir ki, paytaxda ən bahalı kirayə mənzillər 1-ci zonada, yəni Səbail, Nəsimi, Nərimanov və Yasamal rayonları ərazisində yerləşir ki, bunun da müəyyən səbəbləri var. Adı çəkilən ərazilər şəhərin mərkəzi hissəsidir və ali məktəblərin çoxu bu ərazilərdə yerləşir. Yəni tələbələr də ən çox burada kirayə qalmağa maraq göstərirlər.

Binəqədi, Sabunçu və Suraxanı rayonlarında isə bina evlərində mənzillərin kirayə haqqı 250-400 manat arasında dəyişir.

Xatırladaq ki, yay mövsümündə Xəzər, Sabunçu və Binəqədi rayonunda dənizkənarı bağ evlərinin də kirayə qiymətləri şəraitindən aslı olaraq 1500 manatdan, 10 min manata qədər dəyişir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Kirayə mənzillər səbəbdən BAHALAŞIR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ