Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması çox güclü siyasi iradəmizin göstəricisidir

Prezident: Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması çox güclü siyasi iradəmizin göstəricisidir

Tarix: 23 Iyun 2023 14:36

İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib.

"Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi", - deyə dövlətimizin başçısı qeyd edib.

Milli.Az


Etiketlər:  Prezident Laçın istiqamətində sərhəd buraxılış məntəqəsinin yaradılması çox güclü siyasi iradəmizin göstəricisidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ