Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fuad Muradovdan Rostov və Voronejdə yaşayan azərbaycanlılarla bağlı açıqlama

Fuad Muradovdan Rostov və Voronejdə yaşayan azərbaycanlılarla bağlı açıqlama

Tarix: 24 Iyun 2023 17:12

"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan azərbaycanlılarla daim əlaqədədir".

Milli.Az xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. O qeyd edib ki, orada olan soydaşlarımız təlimatlandırılıb:

"Hələlik onların həyati təhlükəsi yoxdur. Sadəcə Rostovda bildiriş verilib ki, heç kəs evdən çıxmasın. Onlar da bu təlimata əməl edirlər. Soydaşlarımızdan onlara kömək lazım olub-olmadığı soruşulub.

Voronejdə isə hələ ki təhlükəli vəziyyət yoxdur. Ona görə orada yaşayan soydaşlarımıza evdən çıxıb-çıxmamaqla bağlı xəbərdarlıq edilməyib. Biz daim əlaqədəyik, nəzarətdə saxlayırıq. Nəsə müraciət  olsa, digər qurumlarla müzakirə edərək orada yaşayan azərbaycanlılara  nə etmək lazımdırsa, edəcəyik".

Milli.Az


Etiketlər:  Fuad Muradovdan Rostov Voronejdə yaşayan azərbaycanlılarla bağlı açıqlama


RƏYLƏR