Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 21:21
Bakı. Anastasiya Savçenko - Trend:
2030-cu ilədək Azərbaycan bərpa olunan enerji mənbələrinin istifadəsini 30 faizədək artırmalıdır.
Trend-in məlumatına görə, Beynəlxalq Enerji Xartiyası Forumunda Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Nizamlanması Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov deyib.
O bildirib ki, bərpa olunan enerji istehsalı üçün uyğun ərazilər müəyyən olunmalıdır:
“2020-ci ilədək Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə hərraclar keçiriləcək”.
Onun sözlərinə görə, hərrac üçün nəzərdə tutulan torpaq sahələri seçilib:
“Artıq səkkiz torpaq sahəsi müəyyən edilib. Bunlardan beşi külək enerjisi, üçü günəş enerjisi üçün nəzərdə tutulub”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin