Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Toyumda elə adamların zərfləri boş çıxdı ki, pərt oldum"

Tarix: 25 Iyun 2023 14:50

Aparıcı Zaur Baxşəliyev ilk dəfə toyunda bəzi zərflərin boş çıxdığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə "Zaurla Günaydın" verilişində danışıb.

"Toyumuzda zərflərin bir neçəsi açılmışdı. Özü də elə adamların zərfləri idi ki... Adlarını çəkməyəcəyəm. Şoka düşdüm. Açdıq ki, içi boşdur. Məbləğ üstünə yazılıb, amma içində pul yoxdur. Özü də yapışdırılmış formada. Sonra desinlər ki, guya, qutuda nəsə olub. Amma onun açarı məndə idi. Səhərə kimi yatmayıb onları saymışam. Elə pərt oldum ki, özüm utandım. Gərək heç onu da yazıb qoymazdı" deyə, Zaur bildirib.

Milli.Az


Etiketlər:  Toyumda elə adamların zərfləri boş çıxdı ki pərt oldum


RƏYLƏR